RUSİYA-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ STRATEJİ TƏRƏFDAŞLIQ SƏVİYYƏSİNƏ ÇATMIŞDIR
O demişdir: “Ötən il Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 40 faizdən də çox artmış və demək olar, bir milyard dollara tam yaxınlaşmışdır. Yanacaq-energetika kompleksində, nəqliyyat, sənaye, kənd təsərrüfatı sahəsində əməkdaşlıq inkişaf edir”.
M.Kamınin vurğulamışdır ki, 2005-ci ildə Rusiyada Azərbaycan İli uğurla keçmişdir. O, Bakıda Rusiya İlinin açılması ilə bağlı bildirmişdir ki, Azərbaycanda Rusiya İlinin keçirilməsi ikitərəfli münasibətlərin möhkəmlənməsinə, siyasi əlaqələrin dərinləşməsinə, iqtisadiyyat, elm, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığın genişlənməsinə təkan verməlidir.
Rusiya XİN-in rəsmisi demişdir ki, Rusiya İlinin keçirilməsi planında “iki ölkə xalqlarının ümumi mədəni irsinin qorunub saxlanılmasına, əlaqələrin inkişaf etdirilməsinə, ictimai təşkilatların qarşılıqlı fəaliyyətinə, ümumi təhsil, mədəniyyət və informasiya məkanının formalaşdırılmasına yönəldilmiş müxtəlif tədbirlər nəzərdə tutulmuşdur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]