Rusiya Dövlət Duması miqrantlar üçün əlavə rüsumların tətbiqi haqqında qanun layihəsini müzakirə edəcək
Moskva, 14 iyul, AZƏRTAC
Bu həftə Rusiya Dövlət Duması xarici vətəndaşlar üçün əlavə dövlət rüsumlarının tətbiqi ilə bağlı qanun layihəsinin müzakirəsinə başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Təşəbbüsə əsasən, 2025-ci il sentyabrın 1-dən dövlət rüsumlarının aşağıdakı məbləğlərinin müəyyən edilməsi təklif olunur. Əcnəbilərin yaşayış yeri üzrə qeydiyyata alınması üçün bu, indiki 420 rubl əvəzinə, 1000 rubl təşkil edəcək. Yaşayış yerində qeydiyyat üçün isə 500 rubl ödəniləcək. Müvəqqəti qalma müddətinin uzadılması miqrantlara 1000 rubla başa gələcək. Rusiyaya viza ilə gələn xarici vətəndaşlara iş icazəsinin müddətinin uzadılmasına görə 4200 rubl alınacaq. Rusiyaya vizasız gələnlər üçün iş patentinin verilməsi üçün də eyni məbləğ müəyyən ediləcək. İş patentinin yenidən rəsmiləşdirilməsi üçün əcnəbilər 4200 rubl ödəməli olacaqlar. Miqrasiya sənədlərinin dublikatlarının verilməsi və onlara dəyişiklik edilməsi üçün dövlət rüsumu 2100 rubl təşkil edəcək.
V. Volodinin fikrincə, bu tədbirlər miqrantlar üzərində nəzarəti gücləndirəcək, eyni zamanda, Rusiya ərazisində qeyri-qanuni miqrantların sayını azaltmağa kömək edəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]