Azərbaycan Dövlət İnformasiya Agentliyi

RUSİYA FEDERASİYASI FEDERAL MƏCLİSİNİN DÖVLƏT DUMASINA

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvanın hüquqi statusunun təsbit edildiyi Qars müqaviləsinin etibarsız sayılması haqqında Ermənistan Yazıçılar İttifaqının öz ölkəsinin parlamenti qarşısında məsələ qaldırmaq niyyətində olması barədə xəbər Azərbaycan Yazıçılar Birliyində məyusluq və təəccüb hissi ilə qarşılanmışdır. Kütləvi informasiya vasitələrinin yaydığı xəbərlərdən belə çıxır ki, Ermənistan Yazıçılar İttifaqının sədri L.Ananyan Rusiya Dövlət Dumasının bu müqaviləni etibarsız sayması üçün Ermənistan Milli Məclisinin ona müraciət etməsini məqsədəuyğun hesab edir.

Ermənistan Yazıçılar İttifaqı rəhbərliyinin fitnəkar əməlləri ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin katibliyi aşağıdakıları bəyan etməyə müvəkkil olunmuşdur:

Moskva (16 mart 1921-ci il) və Qars (13 mart 1921-ci il) müqavilələrinə uyğun olaraq, Naxçıvan vilayəti Azərbaycanın tərkibində muxtar ərazi kimi tanınmışdır. Üstəlik, hər iki müqavilənin 5-ci maddələrinə uyğun olaraq, Azərbaycanın qarşısında belə bir şərt qoyulmuşdur ki, o, “həmin protektoratı üçüncü dövlətə güzəştə getməyəcəkdir”. Qars müqaviləsini, bir tərəfdən, Türkiyə, digər tərəfdən isə RSFSR-in iştirakı ilə Azərbaycan, Ermənistan və Gürcüstan sovet sosialist respublikaları imzalamışlar.

Ermənistanın həmin müqavilələrin müddəalarını təftiş etmək üçün göstərdiyi bütün cəhdlər beynəlxalq birlik tərəfindən birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünə qəsd kimi qarşılanacaqdır. Yeri gəlmişkən, buna Qars müqaviləsinin 2-ci maddəsi də əyani surətdə sübutdur. Bu maddədə deyilir: “Razılığa gələn tərəflər onlardan birinin qəbul etməyə məcbur ediləcəyi heç bir sülh müqaviləsini və ya digər beynəlxalq aktları tanımamaq barədə razılığa gəlirlər”. Qars müqaviləsini imzalamaqla Ermənistan həmin müqavilənin maddələrini, o cümlədən Naxçıvanın dövlət-ərazi statusuna dair maddələri pozmamaq haqqında öz üzərinə öhdəlik götürmüşdür.

Azərbaycan Yazıçılar Birliyi hesab edir ki, Ermənistandakı müəyyən qurumların Naxçıvan məsələsini gündəliyə çıxarmaq niyyəti Ermənistanın bir çox illər ərzində regionda yeritdiyi və təkcə Azərbaycan xalqına deyil, erməni xalqına da böyük ziyan vurmuş eksnansionist siyasətin davam etdirilməsinə sübutdur.

Biz erməni yazıçılarına müraciət edərək xatırlatmaq istərdik ki, qondarma “Qarabağ münaqişəsi”nin əvvəlində də söz oynadılmışdır. Yerli məhəlli toqquşmadan, sonra isə daha geniş miqyasda hərbi toqquşmadan əvvəl informasiya müharibəsi olmuşdur.

Erməni ideoloqları öz qonşularına qarşı təbliğat müharibəsində ikili standartlara əl atmışlar: cuşa gətirilmiş jurnalistlərin həmavaz xoru İttifaq ictimaiyyəti və dünya ictimaiyyəti üçün nəzərdə tutulan materiallarda belə bir fikri qətiyyətlə təlqin edirdi ki, DQMV-də erməni xalqının milli azadlıq mübarizəsi gedir. “Daxili istifadə” üçün materiallarda milli müstəsnalıq və dözümsüzlük təbliğatı ön sıraya çıxarılırdı. Azərbaycanla bağlı olan hər şeyə qarşı nifrət ab-havası süni və məqsədyönlü şəkildə qızışdırılırdı. Rusiyadakı nüfuzlu erməni lobbisi bu işdə olduqca fəal rol oynayırdı. Bu lobbi Moskvanın kütləvi nəşrlərində azərbaycanlıları “təcavüzkarlar” kimi qələmə verən informasiya təbliğatını, Rusiyada “dəstək qrupları”nın fəaliyyətini, moskvalıların Ermənistanda deputat seçilməsini, müxtəlif nümayəndə heyətlərinin Yerevanda təmtəraqla qəbul edilməsini, Moskvada ermənipərəst qəzetlərin nəşrini, televiziyada çıxışları, hüquq müdafiəçilərinin fəaliyyətini səxavətlə maliyyələşdirirdi. Zəhmətkeş Azərbaycan və erməni kəndlilərinin qanı bahasına Balayan, Bonner, ər-arvad Nuykinlər, Starovoytova kimi “ideoloqlar”ın əsərlərinin haqqı ödənilir, “Krunk” və “Qarabağ” kimi “komitələr” saxlanırdı, saxtakarlıqla müvafiq videofilmlər hazırlanır, şayiələr buraxılırdı. “Əzəli erməni hüquqları” barədə növbəti tarixi uydurmalar yayılırdı.

Bu gün biz soruşmaq istərdik: bu yorucu “Qarabağ marafonu”nu uydurub ortaya atanlar nəyə gəlib çıxdılar?

Onlar DQMV probleminin “ədalətli həllini”, yəni onun Ermənistana birləşdirilməsini və sərhədlərin dəyişdirilməsini tələb edirdilər. Amma bu “ədalətli qərar” Qarabağın yalnız erməni icmasının mənafelərini nəzərdə tuturdu – regionda yaşayan digər millət və xalqların rəy və mənafeləri nəzərə alınmırdı. Öz problemlərini dərhal və nəyin bahasına olursa-olsun həll etmək kimi bu ifrat müstəsna niyyət erməni xalqının özü üçün fəlakətli nəticələrə gətirib çıxarmışdır.

Onlar Dağlıq Qarabağın sosial-iqtisadi geriliyindən danışırdılar. Təbiətin öz naz-nemətinin əsirgəmədiyi bu diyar indi yandırılıb külə dönmüş, səhraya çevrilmişdir. Onlar həyasızcasına mübahisə edirdilər ki, Qarabağın maddi mədəniyyət abidələri ermənilərə məxsusdur. İndi mübahisə mövzusu hər cür mənasını itirmişdir, çünki abidələrin özləri məhv edilmişdir.

Ermənistan rəhbərliyinin təcridçilik siyasəti ölkəni çıxılmaz iqtisadi böhrana salaraq, onu genişmiqyaslı energetika və nəqliyyat layihələrinin tam hüquqlu üzvü olmaq imkanından məhrum etmişdir. Taktiki üstünlüyə malik olan Ermənistan sabit və dinamik inkişaf edən respublikaya çevrilmiş, beynəlxalq birlik tərəfindən bütün regionun coğrafi-iqtisadi mərkəzi kimi tanınan səkkiz milyonluq Azərbaycana strateji cəhətdən uduzmuşdur.

Qarabağ avantürasını nəyin naminə, hansı məqsədlər naminə ortaya atıldığını bu gün Ermənistan rəhbərləri öz xalqına və beynəlxalq tərəfdaşlarına izah etməkdə çətinlik çəkirlər. Dağlıq Qarabağ münaqişəsinin həqiqi və gizlin səbəblərinin başa düşülməsi, Azərbaycanın öz ərazi bütövlüyünün bərpa edilməsi barədə haqlı tələblərinin dəstəklənməsi mötəbər beynəlxalq təşkilatların özündə getdikcə daha çox tərəfdaşlar tapır. Ermənistanın təcavüzkar ölkə adlandırıldığı Avropa Şurasının qəbul etdiyi qətnamə buna sübutdur.

Erməni separatizminin ideoloqları zamanın gedişinin onların əleyhinə işlədiyini başa düşərək və öz xalqının diqqətini çoxsaylı problemlərindən yayındırmağa çalışaraq, yeni təbliğat hay-küyünə başlayır, “Naxçıvan məsələsi” deyilən qondarma məsələ qaldırırlar.

Biz öz tərəfimizdən bəyan edirik: belə bir məsələ yoxdur! Azərbaycan dövlətçiliyinin meydana gəldiyi Naxçıvan diyarı Azərbaycanın tərkibində olmuş, tərkibindədir və tərkibində olacaqdır! Biz erməni millətçilərin regionda hərbi-siyasi gərginliyin yeni dövrəsini qızışdırmaq cəhdlərinə, Dağlıq Qarabağ münaqişəsinin hamılıqla qəbul olunmuş beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həllinə əngəl törətmək cəhdlərinə qarşı qəti etirazımızı bildiririk.

Bu gün bütün sivilizasiyalı dünya “ XXI əsrin taunu” – beynəlxalq terrorizmlə mübarizədə birləşir. Belə bir şəraitdə Ermənistanın öz qonşularının torpaqları barədə aşkar surətdə iddialar irəli sürməsi regionun xalqlarına ancaq yeni bəlalar və müsibətlər gətirən sərsəm anaxronizmdir. Aravuranlıq kifayətdir, qan tökülməsi kifayətdir! Yeni avantüra niyyətinə düşənlərə isə xatırlatmaq istərdik ki, tarix iki dəfə təkrar olunur: əvvəlcə faciə kimi, sonra isə hoqqabazlıq kimi. Cənab ədiblər, özünüzü gülünc vəziyyətinə qoymayın! UNUTMAYIN Kİ, QUYU QAZANIN ÖZÜ QUYUYA DÜŞƏR!

Azərbaycan Yazıçılar Birliyi

22 mart 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb