RUSİYA FEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VLADİMİR PUTİNƏ
İnquşetiyada terrorçu qrupların törətdikləri qanlı hadisələrdən son dərəcə hiddətlənir, bu amansız terror əməlləri nəticəsində çoxsaylı insan tələfatından kədərlənirik.
Biz terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni tam dəstəkləyirik.
Baş vermiş faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, dost xalqınıza, həlak olanların ailələrinə və yaxın adamlarına şəxsən öz adımdan və bütün Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyun 2004-cü il.