RUSİYA HÖKUMƏTİ AZƏRBAYCANIN BEŞ GƏMİSİNƏ ÖLKƏNİN DAXİLİ SULARINDAN KEÇMƏYƏ İCAZƏ VERMİŞDİR
Rusiya hökuməti Azərbaycanın beş gəmisinə ölkənin ərazi sularından keçməyə icazə vermişdir. Rusiya hökumətinin sərəncamına əsasən, “Qəzənfər Musabəyov”, “Maestro Niyazi”, “Natəvan”, “Rəsul Rza” və “Şair Vidadi” gəmiləri Xəzər dənizindən Azov dənizinə getmək və əks istiqamətdə hərəkət etmək üçün icazə almışdır.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan gəmilərinin Rusiyanın daxili sularından – Volqa-Don və Volqa-Baltik kanallarından keçməsinə icazə haqqında razılaşma Baş nazirin birinci müavini Abbas Abbasovun bu yaxınlarda Moskvaya işgüzar səfəri və RF hökumətinin rəhbərliyi ilə görüşlər zamanı əldə edilmişdir.
Əvvəllər Azərbaycan gəmiləri Rusiyanın daxili sularından birdəfəlik icazə sistemi əsasında keçirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]