RUSİYA İRANA “TOP-M1” KOMPLEKSLƏRİ SATMAQ ÖHDƏLİKLƏRİNİ YERİNƏ YETİRƏCƏK
O vurğulamışdır ki, söhbət “Top-M1” raket kompleksindən gedir. İrana S-300 zenit-raket kompleksi satılması planlarına gəldikdə, belə planlar yoxdur, bu barədə danışıqlar aparılmamışdır.
Müqaviləyə uyğun olaraq, İrana 30-dək “Top-M1” kompleksi satılacaqdır. Onlar ən mühüm dövlət obyektlərini və hərbi obyektləri, ilk növbədə, İsfahan, Buşer, Tehran şəhərlərində və ölkənin şərqində nüvə obyektlərini hava hücumundan qoruyacaqdır. Rusiya ilə İran arasında ən iri silah bağlaşması olan bu müqavilənin ümumi dəyəri 1,4 milyard dollardır. Ötən ilin dekabrında bu müqavilənin bağlanması faktını Rusiya hökuməti sədrinin müavini, müdafiə naziri Sergey İvanov rəsmən təsdiqləmişdir.
“Top-M1” kompleksi hava hücumundan müdafiə vəzifələrini divizion pilləsi səviyyəsində həll etmək üçün nəzərdə tutulan və hər cür hava şəraitində işləyən zenit-raket silahı kompleksidir. O, qanadlı raketlərdən, istiqamətləndirilən aviasiya bombalarından, təyyarə və vertolyotlardan, pilotsuz və kənardan idarə olunan zərbə aparatlarından səmərəli müdafiəni təmin edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]