Rusiya Müdafiə Nazirliyi ABŞ PUA-nın Qara dənizə düşməsi hadisəsini şərh edib
Moskva, 14 mart, AZƏRTAC
Rusiya Müdafiə Nazirliyi Qara dəniz üzərində ABŞ pilotsuz uçuş aparatı (PUA) və qırıcı təyyarənin iştirakı ilə baş verən insidenti şərh edib.
AZƏRTAC xəbər verir ki, nazirlik martın 14-də səhər Rusiya Hərbi Kosmik Qüvvələrinin Krım yarımadası rayonunda sərhədi pozan “MQ-9” PUA-nı qeydə aldığını, PUA-nın qəfil manevr nəticəsində hündürlüyü itirərək suya düşdüyünü bildirib. Rusiya MN-in məlumatında RF qırıcı təyyarələrinin silah tətbiq etmədikləri, PUA ilə kontakta girmədikləri və aerodroma qayıtdıqları qeyd olunur.
Hadisə ilə əlaqədar Rusiyanın Vaşinqtondakı səfiri ABŞ Dövlət Departamentinə çağırılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]