Rusiya Prezidenti Azərbaycanın səfiri Polad Bülbüloğlunu Fəxri fərmanla təltif edib
Moskva, 6 fevral, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlunu Fəxri fərmanla təltif edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan səfiri Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi böyük töhfəyə görə Fəxri fərmanla təltif edilib. Müvafiq sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva