Rusiya Prezidenti İranın xarici işlər nazirini qəbul edib

Moskva, 23 iyun, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşündə respublikaya vurulan zərbələri heç bir əsası olmayan səbəbsiz təcavüz adlandırıb.
AZƏRTAC xəbər verir ki, Rusiyanın dövlət başçısı vurğulayıb: “Bu, İrana qarşı tamamilə əsassız təcavüzdür, onun heç bir əsası yoxdur”. O qeyd edib ki, Moskvanın bu məsələ ilə bağlı mövqeyi Rusiya Xarici İşlər Nazirliyi tərəfindən yaxşı məlumdur və aydın şəkildə bəyan edilir. Xarici İşlər Nazirliyinin daha əvvəl dərc olunmuş bəyanatına görə, Rusiya Birləşmiş Ştatların İrandakı nüvə obyektlərinə hücumlarını qətiyyətlə pisləyir və təcavüzə son qoymağa, həmçinin siyasi və diplomatik yola qayıtmağa çağırır.
İranın xarici işlər naziri Abbas Araqçi söhbət zamanı iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını vurğulayıb. O deyib: “Münasibətlərimiz çox yaxın və yaxşıdır. Son illər onlar strateji xarakter alıb”. Nazir qeyd edib ki, İran qlobal təhlükəsizliklə bağlı bütün sahələrdə Rusiya ilə daimi məsləhətləşmələr aparır.
A.Araqçi görüş əsnasında Rusiya Prezidentinə İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamenei və İran Prezidenti Məsud Pezeşkianın xoş arzularını çatdırıb. O, Tehranın nüvə proqramı üzrə danışıqlarda Rusiyanın konstruktiv roluna görə minnətdarlığını bildirib və Moskvanın dinc nüvə enerjisi sektorunda İranın etibarlı tərəfdaşı olaraq qaldığını vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.07.2025 [11:27]
Hindistanda körpünün çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb
- 12.07.2025 [11:09]
Rusiya ordusu Ukraynanın Çernovtsı vilayətinə PUA və raket hücumu edib
- 12.07.2025 [08:40]
Danimarkada qadınlar məcburi hərbi xidmətə cəlb ediləcək
- 12.07.2025 [07:05]
Ağ ev federal səviyyədə kütləvi ixtisar planlarını nəzərdən keçirir
- 12.07.2025 [06:26]
Çində satılan hər 100 avtomobildən 44-ü elektromobildir
- 12.07.2025 [05:31]
Avropada anomal istilər onlarla insanın həyatına son qoyub
Paytaxt küçələri yenidən yuyulub
- [11:04]
İsmayıllıda zəlzələ olub
- [08:25]
Marneulidə soydaşlarımıza təmənnasız hüquqi yardım göstərilir
- 11.07.2025 [23:40]
ABŞ-ın tətbiq etdiyi yeni qəhvə tarifləri Braziliya bazarını silkələyib
- 11.07.2025 [22:44]
Mariam Kvrivişvili: Azərbaycanda çox məhsuldar görüşlərimiz oldu
- 11.07.2025 [21:56]
Bakı Ali Neft Məktəbində “Məzun günü” keçirilib
- 11.07.2025 [21:19]
“Volkswagen” şirkəti ilk dəfə olaraq Çindəki zavodlarından birini bağlayır
- 11.07.2025 [20:37]
Əcnəbilərin Gürcüstanda qalmaq şərtləri dəyişir
- 11.07.2025 [19:43]
Gənclərin İnkişaf və Karyera Mərkəzi ilin ilk yarısını uğurla başa vurub
- 11.07.2025 [19:14]
Britaniyaya bir gündə 573 miqrant qanunsuz daxil olub
- 11.07.2025 [19:13]
UNESCO-da Azərbaycanın mədəni irs abidələrini qorumasından danışılıb
- 11.07.2025 [19:03]
“Qarabağ” “Tvente” ilə ilk oyunda əzmkar qələbə qazanıb
- 11.07.2025 [18:59]
Londonda 17 mərtəbəli binada yanğın başlayıb
- 11.07.2025 [18:49]
Serbiya millisinin sabiq futbolçusu Azərbaycan klubuna keçib
- 11.07.2025 [18:35]
“Əkinçi” qəzetinin 150 illiyinə ithaf olunmuş kitab nəşr edilib
- 11.07.2025 [18:24]
“Trabzonspor”un anlaşdığı futbolçu Türkiyəyə gəlib
- 11.07.2025 [18:19]
Konfrans Liqası: “Zirə” – “Hayduk” matçının hakimləri bəlli olub
- 11.07.2025 [18:14]
İqtisadi Şuranın iclası keçirilib
- 11.07.2025 [18:14]
Deputat: Azərbaycan və Ermənistan yekun sülhə bir qədər də yaxınlaşdı
- 11.07.2025 [18:01]
Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda iyul ayının pensiyaları ödənilib
- 11.07.2025 [18:01]
Növbəti depozit hərracları keçirilib
- 11.07.2025 [18:00]
AQTA: Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb
- 11.07.2025 [17:58]
“Roma” qapıçısı ilə müqavilənin müddətini uzadıb
- 11.07.2025 [17:57]
İqtisadi fəal əhalinin sayı açıqlanıb
- 11.07.2025 [17:43]
Fərdi sahibkarların sayı 1 milyon 416 mini ötüb
- 11.07.2025 [17:41]
Bank və digər kredit təşkilatlarının kredit portfeli 13,9 faiz artıb
- 11.07.2025 [17:34]
Ölkədə 62 milyard manatlıq ÜDM istehsal olunub
- 11.07.2025 [17:28]
Əhalinin nominal gəlirləri artıb
- 11.07.2025 [17:27]
Əmanətlərin 67,3 faizi milli valyutada qoyulub
- 11.07.2025 [17:24]
Komitə sədri Balakəndə vətəndaşların müraciətlərini dinləyib
- 11.07.2025 [17:24]
Sənayedə qeyri-dövlət sektorunun payı 79,8 faiz olub
- 11.07.2025 [17:22]
"YAŞAT" düşərgəsinin 4-cü həftəsi başa çatıb
- 11.07.2025 [17:22]
Ağdam Sənaye Parkında dəmir qapı istehsalı müəssisəsi yaradılacaq
- 11.07.2025 [17:12]
“AccessBank” və Xəzər Universitetindən birgə inkişaf təşəbbüsü
- 11.07.2025 [17:10]
Laçından ilk dəfə poçt vasitəsilə İrlandiyaya məktub göndərilib
- 11.07.2025 [17:09]