Rusiya şahmatçısı Yekaterina Laqno Qran-Pri turnirinin üçüncü mərhələsinin qalibi olub
Bakı, 13 iyul, AZƏRTAC
FIDE-nin təşkilatçılığı ilə sürətli şahmat üzrə “Women's Speed Chess Championship” yarışı çərçivəsində iyulun 12-də onlayn Qran-Pri turnirinin üçüncü mərhələsinin final yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda Rusiya şahmatçısı Yekaterina Laqno çinli şahmatçı Hou Yifanı məğlub edərək yarışın qalib olub. Rusiyanın digər təmsilçisi Aleksandra Kostenyuk isə iranlı Sarasadat Hademalşarieh üzərində qələbə qazanaraq üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan şahmatçısı Günay Məmmədzadə səkkizdəbir finalda rəqibi çinli Vencun Cu ilə mübarizədə uduzaraq yarışda çıxışını başa vurub.
Şahmatçımızın Qran-Prinin birinci və ikinci mərhələlərində mübarizəsi də uğurlu alınmayıb.
Qran-Pri 4 mərhələ üzrə keçiriləcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də - Ümumdünya Şahmat Günündə baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]