Rusiya səfiri Rumıniya XİN-ə çağırılıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Rusiyanın Rumıniyadakı səfiri Vladimir Lipayev ölkənin hava məkanının Rusiyaya məxsus pilotsuz uçuş aparatları (PUA) tərəfindən pozulması ilə bağlı xəbərlərdən sonra respublikanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniya XİN bəyanat yayıb.
“Rumıniya tərəfi ölkənin suverenliyinin pozulmasını təşkil edən bu qəbuledilməz və məsuliyyətsiz hərəkətə öz kəskin etirazını bildirib”, - bəyanatda deyilir.
XİN aydınlaşdırıb ki, Rusiya tərəfindən ölkənin hava məkanının növbəti dəfə pozulmasının qarşısını almaq üçün dərhal bütün lazımi tədbirləri görsün.
Qeyd edək ki, sentyabrın 13-də Rumıniya Müdafiə Nazirliyi ölkənin hava məkanının Rusiyaya məxsus PUA-lar tərəfindən pozulduğunu açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]