Rusiya səsvermədə iştirak edənlərin 74,18 faizi Konstitusiyaya düzəlişləri dəstəkləyir
Moskva, 1 iyul, AZƏRTAC
Rusiyada səsvermədə iştirak edənlərin 74,18 faizi Konstitusiyaya düzəlişləri dəstəkləyir.
AZƏRTAC Mərkəzi Seçki Komissiyasının məlumatına istinadla xəbər verir ki, iyulun 1-də günün birinci yarısınadək səs verən Rusiya vətəndaşlarının 74,18 faizi Konstitusiyaya düzəlişləri dəstəkləyib, 24,69 faizi isə düzəlişlərin əleyhinədir. Ölkə üzrə səsvermə hüququ olan vətəndaşların 60 faizdən çoxu artıq səs verib.
Xatırladaq ki, Rusiyada Konstitusiyaya düzəlişlərə dair səsvermə keçirilir. Əvvəlcə səsvermə aprelin 22-nə təyin edilmişdi. Sonradan koronavirus pandemiyası ilə əlaqədar səsvermənin tarixi dəyişdirilərək iyulun 1-nə keçirildi.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]