Rusiya sülhməramlılarına aid növbəti avtomobil karvanı Xankəndiyə keçdi
Şuşa, 21 fevral, Ceyhun Alışlı, AZƏRTAC
Bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus 21 avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən maneəsiz keçib.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, sülhməramlıların Laçından gələn 19-u yük, 2-si isə minik avtomobili olmaqla növbəti nəqliyyat karvanı hazırda Xankəndi istiqamətində hərəkət edir.
Həmişə olduğu kimi, bu gün - ekoaksiyanın 72-ci günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Qeyd edək ki, bu gün hazırkı vaxtadək aksiya ərazisindən keçən avtomobillərin sayı 56-ya çatıb.