Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqazda əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Moskva, 24 fevral, AZƏRTAC
Rusiya və Türkiyə “3+3” platforması çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankarada türkiyəli həmkarı Hakan Fidan ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
“Biz Cənubi Qafqazda əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini nəzərdən keçirdik. İnfrastrukturun və nəqliyyat kommunikasiyalarının bərpasında tərəflər arasında etimadın gücləndirilməsi, iqtisadi fəallığın, o cümlədən Cənubi Qafqazın üç ölkəsi və üç qonşu Rusiya, Türkiyə və İranın daxil olduqları “3+3” çərçivəsində əlaqələrin aktivləşdirilməsi məsələsinə xüsusi diqqət yetirilib”, - deyə Rusiya XİN-in rəhbəri bildirib.
Sergey Lavrovun Ankaraya səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü də nəzərdə tutulub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]
Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]