RUSİYA XİN-İN BAŞÇISI ATƏT-İN FƏALİYYƏTİNDƏ İKİLİ STANDARTLAR OLDUĞUNU BİLDİRİR
AZƏRTAC xəbər verir ki, o, “Rossiyskaya qazeta”da şənbə günü dərc olunmuş müsahibəsində demişdir: “ATƏT-in cari fəaliyyətində, xüsusən humanitar istiqamətdə ikili standartlar var. Bu faktı gizlətmək olmaz”. Onun fikrincə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) tərəfindən seçkiləri müşahidə praktikası buna sübut ola bilər.
Lavrov xatırlatmışdır ki, Azərbaycanda bu yaxınlarda keçirilən parlament seçkilərinə Rusiya DTİHB xətti ilə öz müşahidəçilərinin böyük bir qrupunu göndərmişdi. Müsahibədə deyilir: “Onların həmin monitorinq missiyasında iştirakı sübut etmişdir ki, DTİHB qeyri-şəffaf, xəlvəti və əslində, ATƏT-in kollektiv rəhbər orqanlarından, yəni üzv dövlətlərdən ayrı işləyir. Buna görə də qərəzli, siyasiləşdirilmiş qiymətlər vermək üçün geniş imkanlar açılır. Bu qiymətlər guya ATƏT-in adından verilir, amma Təşkilatın üzvləri ilə razılaşdırılmır”.
Nazir demişdir ki, adətən, “yetkin demokratiyalı” adlandırılan bəzi ölkələrdə əcnəbi müşahidəçiləri seçki məntəqələrinə buraxmaq, ümumiyyətlə, qadağan edilir. Lakin bu, həmin ölkələrə ATƏT-in üzvü olan digər dövlətlərdə elektoral monitorinqdə fəal iştirak etməsinə mane olmur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]