RUSİYADA MÜSƏLMANLARIN SIXIŞDIRILMASI ABŞ DÖVLƏT DEPARTAMENTİNİN “UYDURMASIDIR”
AZƏRTAC “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mixail Kamınin ABŞ Dövlət Departamentinin məruzəsində Rusiyada müsəlmanların sıxışdırılması barədə məlumatı “uydurma” hesab edir. O demişdir ki, Dövlət Departamentinin məruzəsində Rusiyada mövcud olan vicdan azadlığına qanunverici məhdudiyyətlər, ənənəvi və qeyri-ənənəvi konfessiyalar arasında fərq qoyulmasına dair fikirlər, müsəlmanların sıxışdırılması barədə uydurma, onların qəsdən ekstremist və terrorçu adlandırılması və s. haqqında bir sənəddən digərinə keçən əsassız standart iddialar təkrarlanır.
M.Kamınin demişdir: “Bəzi məqamlar tamamilə cəfəng xarakter daşıyır. Təkcə 2005-ci ilin oktyabrında Nalçikə hücuma məscidlərin kütləvi şəkildə bağlanmasının səbəb olması barədə iddianı göstərmək kifayətdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]