Rusiyada nəzarətdə olan şəxslərin reyestri tətbiq olunur
Moskva, 6 fevral, AZƏRTAC
Rusiya Daxili İşlər Nazirliyi (DİN) tərəfindən ölkədə qeyri-qanuni yaşayan əcnəbi vətəndaşların qeydiyyatı üçün yaradılan nəzarətdə olan şəxslərin reyestri nazirliyin rəsmi saytında yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, Rusiyada bu reyestr fevralın 5-dən tətbiq olunur. Rusiya Daxili İşlər Nazirliyinin rəsmi saytında və ya Dövlət Xidmətləri portalında xarici vətəndaşın siyahıda olub-olmadığını yoxlaya bilərsiniz.
Xarici vətəndaşlar aşağıdakı hallarda reyestrə daxil edilə bilər: Rusiyada qanuni yaşamaq hüququ verən sənədlərin müddəti bitdikdə və ya ləğv olunduqda; Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz keçdikdə; Rusiya ərazisində cinayət törətməkdə təqsirli bilinən hökm olduqda; qaçqın statusunun verilməsindən imtina edildikdə və ya ölkədə qalma üçün başqa əsaslar olmadan Rusiya vətəndaşlığına xitam verildikdə.
Nəzarətdə olan şəxslərin reyestrinə giriş təkcə dövlət orqanlarına deyil, həm də işəgötürənlərə, təhsil müəssisələrinə və xarici vətəndaşlarla qarşılıqlı əlaqədə olan digər təşkilatlara verilir. Reyestrə daxil edilmiş şəxslərə xidmət göstərməyə görə inzibati məsuliyyət nəzərdə tutulur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2026 [17:40]
Türkiyədə onlayn ticarətin həcmi bir ildə 50 faizdən çox artıb
- 12.05.2026 [17:27]
Kubanda məktəbdə baş verən atışma nəticəsində iki şagird yaralanıb
- 12.05.2026 [17:24]
Qətər ABŞ–İran razılaşması üzrə səylərini davam etdirir
- 12.05.2026 [17:06]
ABŞ-də inflyasiya son iki ilin ən yüksək həddinə çatıb
- 12.05.2026 [16:46]
“Saudi Aramco” ötən rüb xalis mənfəətini 25 faiz artırıb
- 12.05.2026 [16:30]
Varşava – xarabalıqdan dirçələn şəhər VİDEO
- 12.05.2026 [16:26]
Son 9 gündə Hörmüz boğazından ən çox tanker ötən gün keçib
WUF13 Festivalı Sumqayıtda
- [17:48]
Naxçıvanda üçəm dünyaya gəlib
- [17:43]
Lənkəranda zəncirvari qəza olub
- [15:40]