Rusiyada ötən gün koronavirus infeksiyasından 154 nəfər vəfat edib
Moskva, 30 iyun, AZƏRTAC
Ötən gün Rusiyada 6693 nəfərdə koronavirus infeksiyası aşkar edilib.
AZƏRTAC xəbər verir ki, gün ərzində 154 xəstə vəfat edib, 9220 nəfər sağalaraq evə buraxılıb. Moskvada gün ərzində 745 koronavirus xəstəsi aşkar olunub, 35 nəfər dünyasını dəyişib.
Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 647 min 849 nəfərə çatıb. İndiyədək bu xəstəlikdən 412 min 650 nəfər sağalıb, 9320 pasiyent vəfat edib.
Hazırda Rusiya xəstəxanalarında 225 min 879 nəfər koronovirus infeksiyasından müalicə olunur.
Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ və Braziliyadan sonra dünyada üçüncü yeri tutur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]