Rusiyada şagird məktəbdə insanlara atəş açıb: iki nəfər ölüb, üç nəfər yaralanıb
Bakı, 7 dekabr, AZƏRTAC
Rusiyanın Bryansk şəhərində səkkizinci sinifdə oxuyan qız təhsil aldığı gimnaziyada insanları atəşə tutub.
AZƏRTAC “İnterfax” agentliyinə istinadla xəbər verir ki, şəhər administrasiyasının mətbuat xidmətinin məlumatına görə, səhər saatlarında baş verən hadisə nəticəsində iki nəfər həlak olub, üç nəfər yaralanıb. Atəş açan şəxsin intihar etdiyi deyilir.
Hazırda xüsusi xidmət orqanlarının əməkdaşları hadisə yerində işləyirlər. Məktəb polis əməkdaşları tərəfindən mühafizə altına alınıb.
Faktla bağlı təhqiqata başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]