Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiyalı ekspert: Ermənistanın mövcudluğunun mənası qalmayıb

Rusiyalı ekspert: Ermənistanın mövcudluğunun mənası qalmayıb

Moskva, 26 oktyabr, AZƏRTAC

Ermənistanın mövcudluğunun mənası qalmayıb.

AZƏRTAC xəbər verir ki, rusiyalı hərbi eksperti Yevgeni Krutikovun məqaləsi “VZQLYAD.RU” informasiya-analitik nəşrində bu başlıq altında dərc edilib.

Müəllif xatırladır ki, son bir ayda Ermənistanda bir neçə yubiley, o cümlədən seçicilərin müstəqilliyə səs verdiyi referendumun yubileyi və Ermənistanın birinci prezidentinin seçilməsinin yubileyi qeyd edilib. Y.Krutikov yazır: “Başqa yubileylər də olacaq, amma bu yubileylər heç də sevindirici deyil və dünən bunu ermənilərə bir daha xatırlatdılar. Üç ölkənin - Ermənistan, Azərbaycan və Rusiyanın - baş nazirlərinin müavinləri Qarabağda vəziyyətin nizamlanması üzrə işçi qrupunun növbəti iclasını keçirdilər. Söhbət son otuz ili Ermənistan üçün qiymətdən salan nizamlamadan gedir”.

Məqalədə qeyd edilir ki, 1990-cı ilin avqustunda Ermənistan SSRİ-də birinci olaraq müstəqillik haqqında bəyannamə qəbul etdi. Ekspert göstərir: “Bütün olub-keçənlər üçün əsas stimul Qarabağ idi. O vaxt erməniləri Qarabağdan başqa heç nə maraqlandırmırdı. İttifaq rəhbərliyi bu münaqişədə birmənalı şəkildə Yerevanın tərəfini saxlaya bilmirdi və Yerevan SSRİ-nin tərkibindən çıxmağa can atırdı. Sonradan təəccüblü hərbi qələbə tələsik əldə edilmiş müstəqilliyin bütün birbaşa nəticələrini - sosial fəlakətdən kütləvi emiqrasiyaya qədər hər şeyi - köhnə tarixlə legitimləşdirdi”.

Hələ sovet dövründə Ermənistanın müstəqilliyi uğrunda mübarizə aparan dissidentlər Qarabağ məsələsi ucbatından unuduldular. Müəllif yazır: “Yaxşı ki, unuduldular, çünki onların çoxu açıq-aydın anlaqsız adamlar idi, bəziləri isə hətta Moskva metrosunda bomba partladırdılar. Onların əvəzinə qarabağlılar qəhrəman oldu, üstəlik sonrakı dövrdə ölkəyə məhz qarabağlılar başçılıq etdilər, amma onlar öz aralarında da savaşdılar. 1990-cı illərdən Paşinyana qədər Ermənistana Qarabağ veteranları rəhbərlik edirdi. Münaqişənin nizamlanması məsələsinə onların münasibətinin təfsilatı fərqli ola bilərdi, lakin bütün hallarda bu münasibət barışmaz xarakter daşıyırdı. Birinci prezident Levon Ter-Petrosyan Azərbaycana güzəştə getməyi və bəzi ərazilərin mübadilə olunmasını təklif edirdi. Məhz bu təklifə görə Qarabağ veteranları onu devirdilər və ikinci müddətin yarısına qədər də olsa vəzifədə qalmasına imkan vermədilər”.

Ekspert qeyd edir ki, 1991-ci ildə əhalisinin sayı 3,5 milyon olan Ermənistanı o vaxtdan bəri təqribən 1 milyon nəfər tərk edib.

Ekspert yazır: “Köçüb gedənləri başa düşmək olar. Kim o günləri xatırlasa titrəyir: Yerevanda hər bir evin pəncərəsindən soba tüstüsü çıxır, yanacaqdoldurma məntəqələrində isə növbəyə düzülmüş adamlar klassik sual verirlər: “Benzin çka? (“Benzin yoxdur?”)”. “Çka” cavabı onları qane etmirdi. Bunun ardınca ikinci klassik sual səslənirdi: “Vaapşe çka?”. Bəli, yoxdur. Bütün benzin Qarabağa tanklar üçün göndərilib.

Ermənistan müstəqilliyə hamıdan çox can atırdı, lakin bu müstəqilliyə çoxlarından zəif hazırlaşmışdı. O, Spitakda zəlzələdən az sonra müharibənin gedişində, iqtisadi imkanları sıfır səviyyəsində olduğu bir vaxtda qədəm qoymuşdu, lakin ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyi sayəsində heç bir təcrübəsi yox idi. 2000-ci illərdə nisbi sabitləşmə yarandı: indi bahalı maşınlar və Yerevan restoranlarına növbələr kənar müşahidəçini çaşdırmamalıdır. Ermənistanın müstəqilliyi heç vaxt iqtisadi məsələ olmayıb. Bu, salamat qalma məsələsi idi”.

Müəllifin fikrincə, otuz ildən, yəni bütöv bir nəslin həyatına bərabər müddətdən sonra Ermənistan hər şeyi təzədən başlamalı olur. Məqalədə deyilir: “1990-cı illərin əvvəlində müstəqilliyin əsas nailiyyəti hesab edilən amillər boş şey imiş. Birinci Qarabağ müharibəsində qələbədən sonra Ermənistan cəmiyyətini bürümüş snobizm uzun müddət erməni siyasətçilərin belə bir qəribə təsəvvürünə bəraət verirdi ki, təsadüfi hərbi qələbənin nəticələrini Minsk prosesi və ya hər hansı bir başqa danışıqlar çərçivəsində guya təsbit etmək mümkün olacaq, əgər bu baş tutmasa yeni qələbə qazanmaq mümkündür.

“Şuşanı özümüz götürdük, Ağdamı özümüz götürdük, Bakını da özümüz götürəcəyik. Əgər ruslar kömək etmək istəyirlərsə etsinlər, lakin ümumiyyətlə biz onlarsız da keçinərik- diaspor kömək edəcək”.

Onların məntiqi belə idi. Sonra isə müstəqillik elan edənlərin övladları Hadrut yaxınlığında Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının zərbələri altında həlak olur, hətta təhlükənin haradan gəldiyini anlamağa macal tapmırdılar. Gözlənilmədən məlum oldu ki, 1990-cı illərin bütün faciələri və məhrumiyyətləri hədər imiş. Müstəqillik uğrunda mübarizənin məqsədi biabırçı şəkildə unuduldu. Çoxlarının təsəvvüründə bunun təqsirkarı ruslar oldu. O ruslar ki, 30 il ərzində “özümüz bacararıq” deyirdilər”.

Ekspertin fikrincə, diaspora bəslənilən ümid özünü doğrultmadı. Cənubi Qafqazda bir neçə güc nöqtəsi arasında tarazlıq yaratmaq planı da özünü doğrultmadı: tezliklə məlum oldu ki, ABŞ-ın bu regionda xüsusi marağı yoxdur, Fransa başqa məsələlərlə məşğuldur, amma Türkiyə çox təşəbbüskardır.

Müəllif yazır: “O vaxta qədər ermənilərin bütöv bir nəsli təhlükəsizlik duyğusu ilə böyüdü. İqtisadiyyat və ya sosial firavanlıq baxımından yox, - bundan ötrü Rusiyaya gedirdilər, - sözün hərfi mənasında, Qarabağda “müdafiə dəhlizləri” hesabına təhlükəsizlik baxımından. Bu illüziya keçən il 44 gün ərzində puç oldu, Ermənistan üçün ən vacib olan təhlükəsizlik anlayışı əriyib getdi. Düşmən əhatəsində təhlükəsizlik hissi olmayan yerdə isə hər hansı müstəqilliyin bir qara qəpik qədər qiyməti yoxdur.

Bəli, 30 il hədər getdi. İndi öz səhvlərini anlamağın və nəhayət, snobizmdən yaxa qurtarmağın vaxtıdır. Ermənistanın “Qarabağ hər şey deməkdir” şüarına əsaslanan dövlətyaratma mövqeyi dünyada özünün yeri barədə realist təsəvvürlə təmin edilməyib. Lakin bu o demək deyil ki, Ermənistanın gələcəyi yoxdur, sadəcə onu yenidən düşünüb tapmaq lazımdır”.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb