Rusiyalı fiqurlu konkisürənin beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəyi təsdiqlənib
Bakı, 1 iyul, AZƏRTAC
Rusiyalı fiqurlu konkisürən Aleksandr Plüşenkonun 2026–2027-ci illər mövsümündən etibarən beynəlxalq yarışlarda Azərbaycan bayrağı altında çıxış edəcəyi təsdiqlənib.
Azərbaycan Qış İdman Növləri Federasiyasından (AQİNF) AZƏRTAC-a bildirilib ki, bununla bağlı federasiyanın Beynəlxalq Konkisürmə İttifaqına (ISU) ünvanladığı müraciət müsbət cavablandırılıb. Beləliklə, idmançının beynəlxalq arenada Azərbaycanı təmsil etməsinə rəsmi razılıq verilib.
AQİNF-nin qarşıdakı dövrdə fiqurlu konkisürmə və digər qış idman növlərinin inkişafı, perspektivli idmançıların cəlb olunması, yerli idmançıların hazırlanması və Azərbaycanın beynəlxalq idman aləmində mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyi bildirilib.
Qeyd edək ki, Aleksandr Plüşenko fiqurlu konkisürmə üzrə dördqat Olimpiya mükafatçısı, üçqat dünya və yeddiqat Avropa çempionu Yevgeni Plüşenkonun oğludur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]