RUSİYANIN BAŞ SABANTUY BAYRAMINDA AZƏRBAYCANLILAR DA İŞTİRAK EDƏCƏKLƏR
Belə geniş miqyasda Sabantuy Tatarların Ümumdünya Böyük Konqresinin təşəbbüsü ilə Rusiyada artıq dördüncü dəfədir ki keçirilir. Bayrama Rusiyanın 30 şəhərindən nümayəndə heyətləri gələcəkdir. Şənliklərə Tatarıstanda və Mari-El Respublikasında yaşayan azərbaycanlılar da qatılacaqlar. Onlar xüsusi hazırladıqları konsert proqramı ilə çıxış edəcək, öz guşələrində bayram iştirakçılarını milli xörəklərimizə qonaq edəcəklər.