Rusiyanın Fransadakı konsulluğu hücuma məruz qalıb
Bakı, 24 fevral, AZƏRTAC
Bu gün səhər saatlarında Rusiyanın Marseldəki konsulluğunda partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, yerli polisin məlumatına görə, naməlum şəxslər konsulluğun həyətinə iki ədəd “Molotov kokteyli” atıblar. Hadisədən sonra hüquq-mühafizə orqanları konsulluğun ətrafını mühafizə altına alıb. Partlayış nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova baş verən hadisədə terror aktının bütün əlamətlərinin olduğunu və Moskvanın Parisdən diplomatik nümayəndəliyin təhlükəsizliyinin gücləndirilməsi üçün tədbirlər görməsini tələb etdiyini bildirib.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə Ermənistan da daxil olmaqla, bir neçə ölkənin konsulluğu yerləşir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]