Rusiyanın Samara şəhərində Anım Gününə həsr olunmuş tədbir təşkil olunub
Bakı, 28 sentyabr, AZƏRTAC
Rusiyanın Samara vilayətində fəaliyyət göstərən Azərbaycanlılar Liqasının təşkilatçılığı ilə sentyabrın 27-də Samara şəhərindəki Xalqlar Dostluğu Evində Anım Gününə həsr olunmuş mərasim keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbir Qarabağ savaşında həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra 44 günlük Vətən müharibəsində baş verən real hadisələrin əks olunduğu video və fotomateriallar nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər faşizmi bütün təzahürləri ilə kəskin şəkildə qınayıblar və soydaşlarımızın harada yaşamalarından asılı olmayaraq, Vətən müharibəsi qəhrəmanlarını əbədi xatırlayacaqlarını vurğulayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümü qeyd edilib
- 15.08.2026 [15:17]