Rüstəm Orucov: Bu turnir yeniyetmə cüdoçuların inkişafı üçün çox mühüm əhəmiyyət daşıyır
Bakı, 25 iyul, AZƏRTAC
Avropa Cüdo Birliyinin (EJU) idman komissarı, Olimpiya mükafatçısı Rüstəm Orucov Bakıda keçirilən Avropa Cüdo Ümidləri Turnirinin yüksək səviyyədə təşkil olunduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, jurnalistlərə açıqlama verən R.Orucov yarışın yeniyetmə cüdoçuların inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
“Biz burada Avropa Cüdo Birliyinin təmsilçiləri kimi iştirak edirik. Təşkilatçılıq yüksək səviyyədədir. Mən bir çox yarışlarda iştirak etmişəm. Lakin bu cür yüksəksəviyyəli təşkilatçılığa hər yerdə rast gəlinmir. Bu turnirin keçirilməsi gənc idmançıların təcrübə toplamasına, onların gələcək yarışlara daha yaxşı hazırlaşmasına xidmət edir. Öz idmançılarımızdan qızıl medal gözləyirəm”, – deyə o bildirib.
Qeyd edək ki, Avropa Cüdo Ümidləri Turniri Avropa Cüdo Birliyinin yeniyetmə idmançıların inkişafına yönəlmiş ən mühüm layihələrindən biridir. Yarış beynəlxalq təcrübənin artırılması, müxtəlif cüdo məktəbləri arasında əməkdaşlığın genişləndirilməsi və perspektivli idmançıların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]