SAAKAŞVİLİ XALQIN VƏZİYYƏTİ İLƏ TANIŞ OLMAQ ÜÇÜN METROYA ENMİŞDİR
AZƏRTAC-ın Tbilisidən aldığı xəbərə görə, Gürcüstan Prezidenti Mixail Saakaşvili martın 22-də paytaxt metropolitenindəki vəziyyətlə şəxsən tanış olmaq üçün metroya enmişdir. Saakaşvili və onu müşayiət edən şəxslər bir neçə stansiya yol gedərək, sərnişinlərlə söhbət etmiş, ölkənin sosial-iqtisadi və siyasi həyatı ilə bağlı məsələlərə dair onların rəyi ilə maraqlanmışdır. Prezident jurnalistlərə bildirmişdir ki, bu, onun üçün adi işdir və o, müntəzəm surətdə, adətən, jurnalistlərsiz metroda olur və bu nəqliyyat növünün xidmətindən təqribən iyirmi gün əvvəl istifadə etmişdir.