SAATLIDA 30 MİN TON PAMBIQ YIĞILMIŞDIR
Saatlının torpaq mülkiyyətçiləri sahələrdən 30 min ton pambıq toplamışlar. AZƏRTAC-ın müxbiri xəbər verir ki, mövsümün əvvəlindən bəri hər gün tarlalara 23 min nəfərdən çox mülkiyyətçi və köməkçi çıxır. Mövcud istehsal göstəricisi kənd əhalisinin 47 milyard manat gəlir əldə edəcəyi deməkdir. Əhalinin hər nəfərinə düşən gəlir 550 min manat təşkil edəcəkdir. Mütəxəssislərin rəyinə görə, rayonda daha 5 min ton pambıq yığılacağı gözlənilir.