SAATLIDA AĞIR YOL-NƏQLİYYAT QƏZASIBAŞ VERMİŞDİR
AZƏRTAC xəbər verir ki, Saatlı rayonunun Əlisoltanlı kəndi ərazisində ağır yol-nəqliyyat qəzası baş vermişdir. Əli Bayramlı şəhər sakini Mahir Abıyevin idarə etdiyi “KamAZ” markalı və Məzrəli kənd sakini Ruzigar Qasımova məxsus “VAZ-2106” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə “Jiquli”nin sürücüsü hadisə yerində, xəsarət almış sərnişin Naharlı kənd sakini Sədaqət Qasımova isə xəstəxanada ölmüşlər.
Faktla bağlı təhqiqat aparılır.