SAATLIDA SUVARMA SİSTEMİ YAXŞILAŞDIRILIR
Kənb Təsərrüfatı Nazirliyi Meliorasiya və Su Təsərrüfatı Agentliyinin Saatlıdakı bölmələri bu ilin on bir ayında rayonun 20 kilometr uzunluğunda arxlarını əsaslı təmir etmişlər. Fətəlikənd, Şirinbəy, Nəsimikənd, Mircəlalkənd, Xanlarkənd, Əliabad və Dədə Qorqud kəndlərindəki suvarma şəbəkələri lildən təmizlənmiş, bəndlər gücləndirilmiş, yeni şlüzlər salınmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, görülmüş meliorativ tədbirlər hesabına 10 min hektara yaxın əkin sahəsinin suvarma imkanları yüksəlmişdir.