“Sabah” basketbol klubu “Zirvə Astara”ya qalib gəlib
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycan Basketbol Liqasında XV turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində "Sabah" və "Zirvə Astara" klubları üz-üzə gəliblər.
Gərgin idman mübarizəsi şəraitində keçən matçdan "Sabah" basketbolçuları 75:71 hesablı qələbə ilə ayrılıblar.
Ən məhsuldar basketbolçular "Sabah"dan Entoni Patti (21 xal, 8 ribaund), rəqib komandadan isə Cerret Henderson (20 xal, 11 ribaund) olublar.