“Sabah” klubunun oyunçuları “Dinamo” Futbol Akademiyasında təcrübə keçəcəklər
Bakı, 27 aprel, AZƏRTAC
“Sabah” və “Dinamo” (Zaqreb) klubları arasında əməkdaşlıq çərçivəsində Bakı təmsilçisinin üç futbolçusu Xorvatiyaya yollanıb.
AZƏRTAC xəbər verir ki, aşağı yaş qrupları üzrə komandaların futbolçuları - Həzrət Səmədov, Rauf Əyyubov və İbrahim Xəlilov iki həftə ərzində “Dinamo” Futbol Akademiyasında təcrübə keçəcəklər.
Hazırda Zaqreb təmsilçisinin aşağı yaş qrupları üzrə komandaları ilə birgə məşqlərdə iştirak edən gənc futbolçuların yoxlama oyunlarında şans qazanması da nəzərdə tutulub. Əsas məqsəd futbolçuların Avropanın ən böyük futbol akademiyalarından biri olan “Dinamo” Futbol Akademiyasında təcrübə keçməklə oradakı mühitlə tanışlığı, həmçinin Zaqreb təmsilçisinin mütəxəssislərinin rəhbərliyi altında məşqlərdə iştirak etməklə yeni təcrübə qazanmalarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]