“SABAH” mərkəzlərinin rəhbərləri Radiasiya Problemləri İnstitutunda olublar
Bakı, 4 dekabr, AZƏRTAC
Radiasiya Problemləri İnstitutunda Elm və Təhsil Nazirliyinin “SABAH” qruplarının İcra Komitəsi ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə bir neçə ali təhsil müəssisəsinin “SABAH” mərkəzlərinin rəhbərləri də iştirak ediblər.
Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev rəhbərlik etdiyi müəssisənin elmi istiqamətləri, aparılan elmi-tədqiqat işləri, innovasiyalar, yeni tədqiqat avadanlıqları haqqında məlumat verib.
İcra Komitəsinin rəhbəri Eldar Qocayev “SABAH” qruplarının məqsədlərindən, elmlə təhsilin inteqrasiyasından, tələbələrin elmi-tədqiqat laboratoriyalarında aparılan tədqiqatlarda iştirakının vacibliyindən danışıb.
Görüşdə magistr ixtisasları hazırlığı üzrə institutun imkanları müzakirə edilib. Sonda qonaqlar institutun elmi-tədqiqat laboratoriyaları ilə tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:30]
Mərkəzi Elmi Kitabxanada professor Asif Rüstəmlinin kolleksiyası yaradılıb
- 06.10.2026 [15:44]