“Sabah” “Zirə”yə qalib gəlib

Bakı, 15 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Sabah” evdə “Zirə”ni qəbul edib.
“Bank Respublika Arena”dakı qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 72-ci dəqiqədə Emmanuel Apeh vurub. 84-cü dəqiqədə qonaqlardan Coşqun Diniyev ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.
Bu nəticədən sonra xallarını 25-ə çatdıran “Sabah” liderliyə yüksəlib. 16 xalı olan “Zirə” isə 4-cü sırada qalıb.
Qeyd edək ki, turun əvvəlki iki oyununda “Şamaxı” evdə “Qəbələ” ilə 1:1 “Səbail” isə səfərdə “Turan Tovuz”la 2:2 hesablı heç-heçə edib. Tura oktyabrın 16-da keçiriləcək “Kəpəz”-“Neftçi” və “Qarabağ”-“Sumqayıt” matçları ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2025 [17:47]
AHİTA və Velosiped İdmanı Federasiyası əməkdaşlığı gücləndirir
- 23.05.2025 [16:29]
Fernandu Santuş: Gənc futbolçuların potensialını üzə çıxarmaq lazımdır
- 23.05.2025 [16:16]
Azərbaycan millisinin Latviya və Macarıstanla oyunlar üçün heyəti açıqlanıb
- 23.05.2025 [15:49]
“Azəryol”un rusiyalı baş məşqçisi: Mövsümü “qızıl dubl”la bitirmək istəyirik
- 23.05.2025 [15:06]
Azərbaycanın çimərlik millisi İngiltərə yığmasını məğlub edib
- 23.05.2025 [14:02]
“Qalatasaray” yeni müqavilə barədə gənc futbolçusu ilə razılığa gəlib
- 23.05.2025 [13:18]