Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 14-dən 15-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-18° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-6° isti, gündüz 7-12° isti olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [18:46]
AQTA-nın kollektivi şəhidləri anıb
- 27.09.2026 [18:44]
Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
- 27.09.2026 [17:59]
ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib
- 27.09.2026 [17:58]
“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans
- 27.09.2026 [17:38]
ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb
- 27.09.2026 [17:18]
AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO
- 27.09.2026 [17:12]