Sabah gündüzdən bəzi rayonlarda havanın arabir yağıntılı olacağı gözlənilir
Bakı, 14 may, AZƏRTAC
Azərbaycanda mayın 15-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18, gündüz 24-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 750 millimetr civə sütununa enəcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər və axşam bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 14-18, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 16-21, bəzi yerlərdə 25 dərəcə isti olacağı ehtimal edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [10:22]
Əksər yerlərdə şimşək çaxıb, arabir yağış yağıb
- 13.05.2026 [19:18]
“Türk dillərinin ekologiya terminləri lüğəti” təqdim olunub VİDEO
- 13.05.2026 [18:40]
Bəzi yerlərə intensiv yağış yağır, Şəmkirə dolu düşüb – FAKTİKİ HAVA
- 13.05.2026 [17:58]
Kürdə və bəzi dağ çaylarında suyun səviyyəsi necə dəyişib? Açıqlama
- 13.05.2026 [16:33]
Dağ-mədən fəaliyyətinin şəhərsalma proseslərinə təsirləri müzakirə olunub
- 13.05.2026 [16:28]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 13.05.2026 [12:25]
Sabaha olan hava proqnozu açıqlanıb
- 12.05.2026 [17:20]
BMT: Qlobal qum tələbatının artması ətraf mühiti təhdid edir
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:13]
“Bilim Quba” mərkəzi - 1 il
- [10:54]