“Sabah”ın baş məşqçisi: Cavab görüşündə daha çox qol vurmağa çalışacağıq
Bakı, 30 iyul, AZƏRTAC
Səfər matçında uğurlu nəticə əldə etdik. Amma yenə də maksimum gücümüzü ortaya qoymalıyıq. Bu dəfə daha çox qol vurmağa çalışacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldovanın “Petrokub” komandası ilə keçirəcəkləri cavab görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, ilk matçdakı 2:0 hesablı qələbəyə baxmayaraq, cavab görüşünə ciddi yanaşmaq lazımdır: “Futbolçuların bərpa prosesi uğurla tamamlanıb. İndi isə əsas məqsəd əvvəlki qarşılaşmalarda müşahidə olunan boşluqları aradan qaldırmaqdır. Avrokubok oyunlarında hər bir rəqibə ciddi yanaşmaq lazımdır. Onları zəif hesab etmək düzgün olmaz".
Baş məşqçi səfər matçında komandanın ümumi çıxışından tam olaraq razı qalmadığını vurğulayıb: “Xüsusilə son 10 dəqiqə istədiyim səviyyədə idi. Lakin oyun ərzində topa nəzarət əsasən rəqibdə oldu. Mən isə komandamın meydanda üstün oyun göstərməsini və topa daha çox sahib olmasını istəyirəm".
Qeyd edək ki, iyulun 31-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Petokub” oyunu saat 20:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]