“Sabah”ın qapıçısı XXI əsrdə Azərbaycan çempionatlarında 10 matçda qol buraxmayan ən gənc qolkiperdir
Bakı, 10 noyabr, AZƏRTAC
“Sabah”ın qapıçısı Yusif İmanov Azərbaycan çempionatında 10-cu quru oyununu keçirib. Gənc qolkiperin yubileyi Azərbaycan Premyer Liqasının XIII turunun “Səbail”lə görüşünə təsadüf edib - 2:0.
AZƏRTAC xəbər verir ki, futbolçu mövsümdəki 13-cü matçında 7-ci dəfə qapısını toxunulmaz saxlayıb. Premyer Liqada ötən çempionat debüt edən Y.İmanov 7 görüşdən üçündə qol buraxmayıb.
O, 20 yaş 40 günlüyündə quru oyunların sayını 10-a çatdırıb. Qolkiper XXI əsrdə Azərbaycan çempionatlarında 10 matçda qol buraxmayan ən gənc qapıçıdır.
Bu, ümumilikdə yarışın 30 illik tarixində 7-ci nəticədir. Yalnız 6 qapıçı “10”a daha gənc yaşında çatıb ki, bunların hamısı ötən əsrdə qeydə alınıb. Mütləq rekord isə Dmitri Kramarenkoya məxsusdur - 17 yaş 297 günlük.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]