SABİRABAD MÜXALİFƏTÇİLƏRİ İSTEFA VERMİŞLƏR
“Biz noyabrın 6-da parlament seçkilərinin azad, şəffaf və demokratik şəraitdə keçirildiyinin canlı şahidiyik. Lakin, təəssüf ki, müxalifət partiyalarının rəhbərləri Əli Kərimli, İsa Qəmbər, Sərdar Cəlaloğlu və Lalə Şövkət Hacıyeva xalqın yekdil rəyinin ifadə olunduğu parlament seçkilərinin nəticələrini tanımaq istəmir, üstəlik bu partiyaların üzvlərini də öz şəxsi ambisiyalarına qurban verməkdən çəkinmirlər. Noyabrın 26-da Bakıda onların partiya üzvlərini və bütövlükdə, meydana toplaşanları icazəsiz aksiyalara, qarşıdurmaya və qan tökməyə çağırışları bunu bir daha sübut edir. Biz qanunsuzluğa etiraz əlaməti olaraq, həmin partiyaların sıralarından çıxdığımızı rəsmən bildirir və xalqın daha çox etibar etdiyi, inandığı Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmağımızı xahiş edirik”.