SABİRABAD SAHİBKARLARI QRANT HESABINA 4,3 MİLYARD MANATLIQ KƏND TƏSƏRRÜFATI TEXNİKASI ALMIŞLAR
Sabirabad sahibkarları Yaponiya hökumətinin ayırdığı qrant hesabına indiyədək 4,3 milyard manatlıq kənd təsərrüfatı texnikası, o cümlədən 18 taxılbiçən kombayn, 17 universal şum traktoru, 8 toxumsəpən aqreqat, habelə çoxlu sayda digər maşın və mexanizmlər almışlar.
AZƏRTAC-ın müxbiri rayon statistika idarəsinin məlumatına əsasən xəbər verir ki, iş adamları bu malların dəyərinin 700 milyon manatını müvafiq banklara nağd ödəmişlər.
Kənd təsərrüfatının texniki bazasının möhkəmləndirilməsi rayonda aqrotexniki servislər yaradılmasının bünövrəsini qoymaqla, mövsümi işlərin xeyli canlanmasına da imkan yaratmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:25]
Transxəzər boru kəməri layihəsi yenidən aktuallaşır
- 30.09.2026 [13:10]
Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır
- 30.09.2026 [12:48]
Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq
- 30.09.2026 [12:46]
Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır
- 30.09.2026 [12:16]
Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb
- 30.09.2026 [11:46]