Şabranda Xalq artisti Əjdər Həmidovun 70 illik yubileyi qeyd olunub
Şabran, 2 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Şabran rayon Mədəniyyət Mərkəzində Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Əjdər Həmidovun 70 illik yubileyi qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərhum aktyorun xatirə gecəsində həyat və yaradıcılığından geniş söz açılıb, Əjdər Həmidovun canlandırdığı ekran əsərlərindəki rolların yaddaşlardan silinməyəcəyi vurğulanıb.
Tədbirdə teatr və kino aktyoru, Xalq artisti Məmmədsəfa Qasımov, əməkdar artist Mehriban Xanlarova, aktyor Əjdər Zeynalov, yazıçı publisist Aydın Tağıyev, aktyorun qardaşı Ənvər Həmidov xatirələrini bölüşüb, Ə.Həmidovun çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub.
Sonda Əjdər Həmidovun məzarı ziyarət olunub.