SABUNÇU ELM-İSTEHSALAT BİRLİYİ İSTEHSAL, İXRAC VƏ SATIŞDA YÜKSƏK ARTIMA NAİL OLMUŞDUR
“Azneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Sabunçu Elm-İstehsalat Birliyinin maşınqayıranları yanvar-aprel aylarında təqribən 3 milyard 111 min manatlıq neft mədən avadanlığı istehsal etmişlər.
Birlik dörd ayda Rusiya, Ukrayna və Qazaxıstan neftçilərinə 3 milyard 280,9 milyon manatlıq məhsul göndərmiş, daimi alıcılarına 3 milyard 498,9 manatlıq avadanlıq satmışdır.
Sabunçu EİB məhsulun istehsalında 287,3 milyon manatlıq, ixracında 1919 milyon manatlıq, satışında 1 milyard 966,7 milyon manatlıq artıma nail olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]