Sabunçu rayonunda yanğın hadisəsi baş verib
Bakı, 10 oktyabr, AZƏRTAC
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 20 kvadratmetr sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yüksək temperaturdan mətbəx mebeli 5 poqonometr və 1 ədəd soyuducu qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 02.10.2026 [19:23]
“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar
- 02.10.2026 [18:33]
Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub
- 02.10.2026 [18:14]