Sabunçu rayonunda yetkinlik yaşına çatmayan şəxsi öldürməyə cəhdlə bağlı cinayət işi başlanıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Dekabrın 15-də saat 15 radələrində Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmayan V.C-nin (şərti) xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı yetkinlik yaşına çatmayan Ə.B-nin (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək V.C-ni qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Cinayəti törətməkdə şübhəli bilinən Ə.B iş üzrə prokurorluğun qərarı əsasında tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:42]
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib
- 07.10.2026 [13:17]