Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Bakı, 25 fevral, AZƏRTAC
2024-2025-ci tədris ilinin II yarısı üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, yerdəyişmə prosesi məktəbəhazırlıq qruplarını, I – X sinifləri əhatə edir.
Şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az saytında şəxsi kabinet yaratmaq və mövcud kabinetə daxil olmaq “Digital Login” vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq.
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX sinif üzrə yerdəyişmə prosesi martın 5-i saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.
Şagird yerdəyişməsi elektron xidməti üzrə təlimatla buradan tanış ola bilərsiniz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]
ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub
- 10.06.2026 [17:02]