“ŞAHDƏNİZ”DƏ 4-CÜ ÖNCƏQAZMA QUYUSU QAZILIR
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Şahdəniz” yatağında 4-cü öncəqazma quyusu qazılır. Bu quyu yataqda quraşdırılmış dayaq tavasından yataq tağına yaxın 1,4 kilometr yana qazılır. Burada suyun dərinliyi 101 metr, quyunun layihə dərinliyi 6214 metrdir. Qazma işləri 140 günə tamamlanacaq və quyunun ağzı müvəqqəti bağlanacaqdır.
Bundan əvvəl qazılmış 3 quyu yatağın məhsuldar qatları və bütünlükdə Xəzərin cənub hissəsindəki ehtiyatlar barədə mühüm məlumatlar vermişdir. Şahdənizdə öncəqazma proqramının 1-ci mərhələsində cəmi 4 quyunun qazılması nəzərdə tutulmuşdur. Əvvəl qazılmış quyuların dərinliyi 6460-6566 metr arasinda olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:29]
Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək
- 06.10.2026 [18:28]
Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
- 06.10.2026 [17:09]