SAHİBKARLIĞA KÖMƏK MİLLİ FONDU BU İL BİZNES SUBYEKTLƏRİNƏ 52 MİLYARD MANAT KREDİT VERƏCƏKDİR
Ötən ilin büdcəsindən sahibkarlığın stimullaşdırılması üçün ayrılmış 13 milyard manat vəsaitin 12 milyard manatı kredit şəklində 16 regionun 48 təsərrüfat subyektinə verilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu vəsait Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ayrılmış və rayonlarda filialı olan 6 müvəkkil bank vasitəsilə biznes subyektlərinə paylanmışdır.
Bu il sahibkarlığın inkişafına kömək üçün dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 4 dəfə artırılaraq, 52 milyard manat olmuşdur. Kredit verilməsi üçün şərtlər dəyişməz olaraq qalır: girov təminatı və biznes planı. Kreditin maksimum faizi də müəyyənləşdirilmişdir: mətbuat üçün 5 faiz, başqa subyektlər üçün isə 7 faiz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:58]
Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir
- 12.06.2026 [16:42]
Bakı Limanında quru yük aşırılması 77 faiz artıb
- 12.06.2026 [16:02]
İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq ediləcək
- 12.06.2026 [15:50]