Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sahibsiz küçə heyvanları problemi və həlli perspektivləri

Bakı, 5 mart, AZƏRTAC

Son illər ərzində Bakı küçələri və ətraf rayonlarda sahibsiz heyvanların sayının günbəgün çoxaldığının şahidi oluruq. Sahibsiz heyvanların sayının artması və onlara zəruri qayğının göstərilməməsi, xüsusi ilə küçə it və pişiklərinin vaxtında sterilizasiya edilməməsi, habelə peyvəndlənməməsi ölkədə bir çox ekoloji, sanitar və səhiyyə problemlərinin yaranması ilə nəticələnir. Eyni zamanda, küçədə yaşayan it və pişiklərin populyasiyasının nəzarətsiz artımı onların özünün rifahına mənfi təsir göstərir, o cümlədən yem və sığınacaq tapması və sağlamlığını əngəlləyir. Problemin həll edilməsi üçün onun simptomlarının öhdəsindən gəlmək (sterilizasiya, peyvəndləmə, baytar qayğısı, sahibləndirmə, sığınacaq və s.) ilə yanaşı, məsələnin kökündə duran insan amilinin aradan qaldırılmasını (məsuliyyətli sahiblilik və humanist rəftarın təşviqi) tələb edir. Beləliklə, xüsusi sığınacaq və baytarlıq klinikalarının fəaliyyət göstərməsi ilə paralel olaraq, uzunmüddətli perspektivdə insanlar arasında geniş maarifləndirmə və təbliğat işlərinin həyata keçirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu işə kompleks şəkildə yanaşan mərkəzlərə dünyanın inkişaf etmiş ölkələrində tez-tez rast gəlmək mümkündür. Əksər ölkələrdə belə mərkəzlər küçə heyvanları və sahibləri tərəfindən atılmış heyvanlara sığınacaq verir, qayğı göstərir, onları sahibləndirir, eləcə də populyasiyasını kütləvi axtalama və qısırlaşdırma (sterilizasiya) yolu ilə tənzimlənməsinə çalışır. Məlumdur ki, ötən əsrin 70-ci illərindən etibarən dünyada heyvanların hüquqlarının qorunması məsələsinə getdikcə daha geniş diqqət yetirilir. Bir çox Avropa ölkələrində heyvanların hüquqlarını müdafiə edən qanunlar qəbul edilib. Məsələn, Almaniya konstitusiyasına görə, əgər heyvanlara çəkilişlər əziyyət verərsə, onların kinoya çəkilməsi qəti qadağandır. Avstriyada itlərin quyruğunu yaxud da qulağını kəsmək, zəncirləmək qanun pozuntusu hesab edilir. Qanunun tələblərini pozan avstriyalıları 15 min dollara qədər cərimə gözləyir. İtaliyada öz itini, ya da pişiyini küçəyə atan şəxslər məsuliyyət daşıyırlar. Bu cinayəti törədən şəxsi ya 10 min avro məbləğində cərimə, ya da 1 ilik həbs cəzası gözləyir.

Ölkəmizdə sahibsiz heyvanlarla bağlı məsələ ən aktual problemlərdən hesab edilir. Son illər bu istiqamətdə mühüm addımlar atılmış, o cümlədən Azərbaycan “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, müxtəlif mərkəz və sığınacaqlar yaradılmış, heyvanlara rəhmsiz rəftara görə məsuliyyət sərtləşdirilmişdir. Lakin, problemin miqyası bu istiqamətdə daha geniş və intensiv səylərin göstərilməsini tələb edir.

Heyvanların mühafizəsi sahəsində uğurlu layihə

2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən IDEA Heyvanlara Qayğı Mərkəzinin təməli qoyulmuşdur. 2016-cı ilin sonunda Mərkəzin inşası başa çatdırılmış, 10 noyabr tarixində isə Leyla Əliyevanın iştirakı ilə kompleksin rəsmi açılışı olmuşdur. 2017-ci ilin 1 mart tarixindən etibarən Mərkəz rəsmi fəaliyyətə başlamışdır. Mərkəzdə müasir avadanlıqla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq blokları, ayrı karantin blokları, himayə bölməsi, oyun meydançası, yataqxana, konfrans zalı və s. mövcuddur.

Mərkəzin missiyası heyvanların rifah və sağlamlığının yaxşılaşdırılması, Bakı və onun ətraflarında sahibsiz heyvanların sayının tənzimlənməsi (sterilizasiyası), zoonoz və parazitik infeksiyaların yayılmasının qarşısının alınması (peyvəndlənmə), himayəyə götürülən heyvanların sayının artırılması, eləcə də heyvanlara humanist və məsuliyyətli yanaşmanın təşviq edilməsindən ibarətdir. Həmçinin burada heyvanlar sterilizasiya edilir, peyvəndlənir, mikroçiplənir və potensial sahibləri üçün tam hazır vəziyyətdə gətirilir. Burada sterilizasiya edilən və himayəyə verilən heyvanların bir çoxuna adlar da verilir. Himayəyə verilən heyvanların profilləri Mərkəzin internet səhifəsi və sosial şəbəkələrdəki hesablarında yerləşdirilir. Fəaliyyət göstərdiyi 1 il ərzində IDEA Heyvanlara Qayğı Mərkəzi tərəfindən 2500-dən artıq it və pişiklər sterilizasiya (axtalama və ya qısırlaşdırma) edilmiş, saysız-hesabsız yaralı və xəstə heyvanlara baytar qayğısı göstərilmişdir. Eyni zamanda, gənclər və uşaqlar üçün çoxsaylı kütləvi tur və maarifləndirmə tədbirləri keçirilmişdir. Qeyd edək ki, Mərkəzdə sahibsiz heyvanlarla bağlı bütün xidmətlər pulsuz həyata keçirilir.

Xəstə və quduz heyvanların
artımının qarşısı alınır

Mərkəzin baytarlıq klinikası həm küçə, həm də sahibli heyvanlara xidmət göstərir. Burada küçə heyvanları üçün bütün xidmətlər tamamilə pulsuzdur. Mərkəzdə sterilizasiya edilmiş və peyvəndlənmiş heyvanların sonrakı taleyi ilə maraqlandığımız zaman aydın oldu ki, itlərin qulaqlarına nömrələnmiş birkalar vurulur, pişiklər isə qulağın ucunun kəsilməsi ilə işarələnir. Bundan başqa, bütün heyvanların profil və tibbi məlumatları Mərkəzin xüsusi elektron məlumat bazasına daxil edilir. “CVNR” (tut-peyvəndlə-axtala-burax) proqramı üzrə Mərkəzdə heyvanların tutulması üzrə xüsusi təlim keçmiş mobil qrup fəaliyyət göstərir. Bu üsul küçə heyvanlarının sayının tənzimlənməsi və rifahının təmin edilməsinin ən effektiv və humanist yoludur. Bu üsulla xəstə və quduz heyvanların artımının qarşısı alınır, sağlamlıqları təmin olunur. Bununla həmin heyvanların nəzarətsiz çoxalması və quduzluğa yoluxmasının qarşısı alınır. Mərkəzin himayə bölməsində müxtəlif xüsusiyyətlərinə görə himayəyə verilməsi daha mümkün hesab edilən it və pişiklər yerləşdirilib. Bu heyvanlar sterilizasiya edilir, peyvəndlənir, mikroçiplənir və potensial sahibləri üçün tam hazır vəziyyətdə gətirilir. Burada sterilizasiya edilən və himayəyə verilən heyvanların bir çoxuna adlar da verilir. Himayəyə verilən heyvanların profilləri Mərkəzin internet səhifəsi və sosial şəbəkələrdəki hesablarında yerləşdirilib. Mərkəzin fəaliyyətinin digər bir zəruri sahəsi heyvanlara qarşı humanist davranışın və məsuliyyətli sahibliyin təşviq edilməsi, cəmiyyətdə heyvanların rifahı haqqında maarifləndirmənin artırılması və ölkəmizdə insanların sahibsiz heyvanlara münasibətinin dəyişdirilməsindən ibarətdir.

Heyvanlara humanist və məsuliyyətli yanaşma

Mərkəz öz fəaliyyətində cins heyvanlardan daha çox qarışıq cinsli olan küçə heyvanlarının himayəyə verilməsinin təbliğ edilməsinə üstünlük verir. Mərkəzdə himayəyə vermə sadəcə şəxsiyyət vəsiqəsinin təqdim edilməsi və himayə öhdəliyinin imzalanması ilə həyata keçirilir. Mərkəzin əsas şərtlərindən biri belədir ki, əgər himayə götürən şəxs nə vaxtsa heyvandan imtina etmək istəyərsə yalnız onu Mərkəzə təhvil verməlidir. 

Mərkəzin konfrans zalı heyvanlarla bağlı müxtəlif tədbirlər, təqdimat və mühazirələrin keçirilməsi üçün istifadə olunur. Heyvanlara humanist və məsuliyyətli yanaşmaların bəslənməsi məqsədilə uşaqlar və gənclər üçün sinifdənkənar proqram və tədbirlər həyata keçirilir, Mərkəzin elektron resursları və nəşrləri vasitəsilə əhali arasında müvafiq məlumatlandırma işləri də aparılır. Sahibsiz heyvanların vəziyyətinə biganə olmayan könüllülərin köməyi Mərkəzin səmərəli fəaliyyəti üçün əsas şərtlərdən hesab edilir. Burada yerləşdirilən it və pişiklərə qayğı göstərməklə yardım etmək istəyən heyvansevərlər Mərkəzin xüsusi anket formasını doldurmaqla və daxili qaydalarına riayət etmək öhdəliyini imzalamaqla Mərkəzin fəaliyyətinə könüllü kimi qoşula bilərlər.

Bir dişi it və onun balaları 7 ilə dünyaya
60 mindən çox bala gətirə bilər

Hazırda Mərkəzdə 300-dən çox it, 200-ə qədər pişik mövcuddur, lakin bu rəqəmlər hər gün dəyişir, çünki daxil olan heyvanlar əsasən müvəqqəti olaraq saxlanılır, müalicə, əməliyyat və ya reabilitasiyadan sonra yerinə qaytarılır və ya sahibləndirilir. Mərkəzdə bu günədək təqribən 2500 heyvan sterilizasiya, 60-dan çox heyvan isə sahibləndirilib. Eyni zamanda, 30-dan artıq heyvanlarla bağlı maarifləndirici tədbirlər təşkil olunub. Mərkəzin fəaliyyəti baytarlıq sahəsində ixtisaslaşmış mütəxəssislərin hazırlanmasına, həmçinin təcrübə mübadiləsinə də imkan verir. Bu günədək bir neçə gənc baytar Mərkəzdə təcrübə keçib. Həmçinin Mərkəzin elektron resursları və nəşrləri vasitəsilə əhali arasında müvafiq məlumatlandırma işləri aparılır. Ümumiyyətlə, sahibsiz ev heyvanlarının populyasiyasının sürətlə artması bir çox problemlərə səbəb olur, o cümlədən insanların və heyvanların sağlamlığına təhlükə yaranır. Bu baxımdan IDEA Heyvanlara Qayğı Mərkəzi İctimai Birliyinin Bakı və ətraf ərazilərdə yerləşən sahibsiz itlərin kütləvi sterilizasiya edilməsi, peyvəndlənməsi və birkalanması üzrə aksiyalar da təşkil edir . Bir dişi it və onun balalarının 7 ilə dünyaya 67000-ə qədər bala gətirə bilməsi problemin nə qədər ciddi olduğunu göstərir. Sterilizasiya küçə heyvanlarının çoxalmasının qarşısını almaqla onların lazımsız ölməsi və ya öldürülməsinin qarşısını alır. Bu baxımdan IDEA Heyvanlara Qayğı Mərkəzinin fəaliyyəti təqdirəlayiqdir, ümumiyyətlə hər bir vətəndaş bu işdə həmrəylik göstərib yaxından iştirak etməlidir. Heyvanların taleyinə laqeyd qalmayan hamı bir nəfər kimi onların rifahının yaxşılaşdırılması, əziyyətsiz yaşamaq hüquqlarının qorunması naminə bu ideyaya dəstək olmalıdır. Axı, bu günahsız canlıların da yaşamağa və qayğıya ehtiyacları var.

Ceyhun Alışlı,

AZƏRTAC-ın müxbiri

Yazı, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-nin narkotik daşıdığı iddia edilən gəmiyə zərbəsi nəticəsində üç nəfər ölüb

Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib

BMT: Afrika daha sürətlə istiləşir

Aİ-də su resurslarının iqtisadi təhlükəsizlik məsələsi kimi qiymətləndirilməsi təklif olunur

Pentaqon Avropanı Ukraynaya ABŞ silahlarının alınmasını genişləndirməyə çağırıb

Almaniya və Ukrayna ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemi istehsal edəcək

Peyklər günəş panellərindən yaradılmış şəhər boyda nəhəng at təsvirini qeydə alıb

“Volkswagen” 2030-cu ilədək 50 min iş yerini ixtisar edəcək

Makron: Yaxın Şərqdə müharibənin tam başa çatdığını demək hələ tezdir

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

İran Hörmüz boğazında 60 gün müddətində xidmət haqları tələb etməyəcək

Şəkidə Avropa çempionatının mükafatçısı ilə görüş olub

Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub

Küveyt neft istehsalı həcmini qısa vaxtda əvvəlki səviyyəyə çatdırmağı planlaşdırır

Türkiyə Milli Təhlükəsizlik Şurası Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın gücləndirilməsi səylərini müzakirə edib

Misir, Türkiyə, Sudan XİN başçıları və ABŞ Prezidentinin müşaviri arasında görüş olacaq

Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var

Tramp: ABŞ sülhə sadiqdir

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib

Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb

Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb

Musiqişünas Fərəh Tahirova: Avstriyada Azərbaycan musiqisinə çox böyük maraq var

Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Mərkəzi Komandanlıq: ABŞ qüvvələri İranla bağlı bütün dəniz nəqliyyatına qarşı blokadanı götürüb

Rumıniya və Bolqarıstan Qara dənizdə birgə dəniz təhlükəsizliyi mərkəzi yaradır

İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır

Corc Ceykob Kuvakad: Bu səfər Azərbaycanı yaxından tanımaq baxımından dəyərli bir fürsət oldu

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər qarşılıqlı hörmət və dostluq əsasında inkişaf edir

Ceyhun Bayramovla Məhəmməd İshaq Dar arasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan ilə IGAD-a üzv olan Afrika dövlətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Latviya Xarici İşlər nazirlikləri arasında strateji dialoq aparılıb

Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti müzakirə edilib

Maliyyə naziri Sahil Babayev Rumıniya nümayəndə heyəti ilə tərəfdaşlıq və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib

Vens ABŞ ilə İran arasında 60 günlük danışıqlar dövrünün rəsmi olaraq başladığını elan edib

Vens: Beynəlxalq su yolları ödənişsiz olmalıdır

AZPROMO WAIPA ilə investisiya təşviqi sahəsində təcrübə mübadiləsi barədə fikir mübadiləsi aparıb

BƏƏ Azərbaycanın Körfəz regionunda əsas strateji tərəfdaşlarından biridir

Su qıtlığı səbəbindən Yunanıstanın iki adasında fövqəladə vəziyyət elan olunub

Bu saata olan əsas xəbərlər

Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” III konqres-festival işə başlayıb - YENİLƏNİB VİDEO

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” III konqres-festival işə başlayıb - YENİLƏNİB VİDEO

Avropa Ebola virusuna qarşı mübarizədə Afrikaya dəstəyi gücləndirir

Gürcüstanda çaylardakı daşqın ehtimalı ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib

Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib

Rusiya XİN: Qərb hərbi proqramlar vasitəsilə Ermənistana təsirini gücləndirməyə çalışır

“4Sİ Akademiyası - Milli Proqram”ın müddəti daha bir il artırılıb

Ombudsmanların Bakı Sammiti: Süni intellektin istifadəsi şəffaflıq, ədalət və bərabərlik prinsipləri ilə birbaşa əlaqəlidir

Zaxarova: Rusiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın bərpa olunmasına ümid edir

Slovakiyada uşaqlara sosial şəbəkə qadağası təklif olunub

Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanasının açılışı olub

Fatih Birol: Neft qiymətlərində davamlı eniş müşahidə edə bilərik

Rumıniyalı müşavir: Azərbaycan “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Avropanın mühüm enerji tərəfdaşı kimi çıxış edir

Qlobal neft ticarətinin 2050-ci ilədək 25 faiz artacağı proqnozlaşdırılır

Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib RƏY

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib YENİLƏNİB-3 VİDEO

Azərbaycan–Macarıstan Aqrar Universitetinin yaradılması imkanları nəzərdən keçirilib

Prezidentin çıxışı Azərbaycanın gələcək inkişaf modelinin strateji istiqamətlərini ortaya qoyur ŞƏRH

BDU ilə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında anlaşma memorandumu imzalanıb

Ekspert: Azərbaycan dünya reytinqlərində keyfiyyətli ali təhsil məkanı kimi formalaşır

Ombudsmanlar rəqəmsal mühitdə hüquqların qorunmasına dair fikir mübadiləsi aparıblar

“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə elan edilib

“Qərbi Azərbaycana qayıdış” konqres-festivalı çərçivəsində Prezident Kitabxanasının elektron layihəsi təqdim olunub

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros üzrə birincilik keçirilib

ADU-nun rektoru: Kolumbiyanın ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivləri daha səmərəli olacaq

İsveç səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Professor: Azərbaycan Cənubi Qafqazda və Türk dünyasında geosiyasi əhəmiyyətini daha da gücləndirib

Arslan Növrəsli: Zövqlü musiqiçi yetişdirmək üçün tələbə peşəkar musiqi nümunələrini dinləməlidir VİDEO

Arslan Növrəsli: Zövqlü musiqiçi yetişdirmək üçün tələbə peşəkar musiqi nümunələrini dinləməlidir VİDEO

Uandayi: Azərbaycanın zəngin təcrübəsinin Keniya ilə bölüşülməsi ölkəmizin enerji mənbələrinin səmərəli istifadəsinə mühüm töhfə ola bilər

Şeirimizdə və yazılı abidələrimizdə insan haqları - elmi sessiya

Çində Əjdaha Qayıqları Bayramı günlərində dəmir yolu ilə 83 milyon sərnişinin daşınacağı gözlənilir

NATO nüvə potensialının modernləşdirilməsi ilə bağlı razılığa gəldiyini bəyan edib

Rusiya Ermənistana etiraz notası göndərib

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb

OPEC+ 2030-cu ildən sonra bazar payını artıracaq

Baş Qərargah rəisi MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

Nazir müavini: Azərbaycan Orta Dəhlizin inkişafında mühüm rol oynayır

Anar Axundov: Azərbaycan rəqabətqabiliyyətli güzəştlər təqdim edən sənaye zonaları şəbəkəsi formalaşdırıb VİDEO

Anar Axundov: Azərbaycan rəqabətqabiliyyətli güzəştlər təqdim edən sənaye zonaları şəbəkəsi formalaşdırıb VİDEO

Çempionlar Liqası: “Neftçi”nin rəqibi bəlli olub

Türk İnvestisiya Fondu ilə maliyyə institutları üzrə əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib

Azərbaycanın mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin nüfuzunu daha da yüksəldir - ŞƏRH

Qlobal neft tələbatı 2050-ci ildə gündəlik 124,1 milyon barelə çatacaq

Norveç dünyada ilk gəmi tunelini tikir

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb

Neftçalada Xəzər dənizinə 50 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb

Nazir müavini: Azərbaycan üçün yaşıl keçid təkcə ekoloji prioritet deyil, həm də böyük investisiya imkanları deməkdir

2050-ci ildə qlobal enerji istehlakının 23 faiz artacağı gözlənilir - HESABAT

“İstedadın ilk addımları” sərgisi balaca rəssamların yaradıcılıq dünyasını təqdim edib

Azərbaycan ilə Rumıniya arasında iqtisadi və ticarət əməkdaşlığının əsas istiqamətləri dəyərləndirilib

Ekspert: Uşaqlarda rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşdırılması vacibdir

Azərbaycan dünya trendindən geri qalmır – ŞƏRH

AzMİU və Ankara Universiteti daşınmaz əmlakın idarə edilməsi üzrə ikili diplom proqramına başlayır

Xaricdə təhsil üzrə yeni imkanlar sərgi iştirakçılarının diqqətinə çatdırılır

Azərbaycan və Monteneqro ombudsmanları əməkdaşlıq əlaqələrini genişləndirir VİDEO

Azərbaycan və Monteneqro ombudsmanları əməkdaşlıq əlaqələrini genişləndirir VİDEO

Büdcə vəsaitlərinin 3,5 faizi kənd təsərrüfatı sahəsinin maliyyələşdirilməsinə xərclənib

Bakı Sammitində şəxsi məlumatların qorunması ilə bağlı çağırışlar səsləndirilib

Azərbaycanın kamandan oxatanı IV Avropa Oyunlarında iştirak üçün kvota qazanıb

Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

AMEA-da elmi fəaliyyətin bal sistemi ilə qiymətləndirilməsi üzrə yeni model