Şahin Mustafayev: “Xanoba” sərhəd keçid məntəqəsi tranzit daşımaları üçün geniş imkanlar yaradacaq
Xaçmaz, 17 mart, E.Yusifli, AZƏRTAC
“Xanoba” sərhəd keçid məntəqəsi Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsidir. Məntəqə həm buraxılış imkanlarının artırılmasına, Rusiya ilə ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafına böyük töhfə verəcək, həm də tranzit daşımalar üçün geniş imkanlar yaradacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Xaçmazda jurnalistlərə açıqlamasında Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" dövlət sərhədi buraxılış məntəqəsinin istifadəyə verilməsi mərasimində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev söyləyib.
Buraxılış məntəqəsinin müasir avadanlıqlarla təchiz olunduğunu vurğulayan Ş.Mustafayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin nəqliyyat-logistik imkanlarının artırılmasına böyük əhəmiyyət verir. Bu, ölkəmizin sosial-iqtisadi inkişafı üçün əsas prioritet istiqamətlərdən biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:11]
İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər
- 09.10.2026 [13:54]
Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu
- 09.10.2026 [13:49]