Şahmat üzrə Azərbaycan çempionatı: Gövhər Beydullayeva liderliyini möhkəmlədib
Bakı, 20 may, AZƏRTAC
Qadın şahmatçılar arasında Azərbaycan çempionatında üçüncü turun görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, maksimum xala malik Gövhər Beydullayeva hesabat turunda Türkan Məmmədyarovaya qalib gəlib. Ardıcıl üçüncü qələbəsini qazanan 19 yaşlı şahmatçı liderliyini möhkəmlədib.
Reytinq favorit Gülnar Məmmədova üçüncü turda Ülviyyə Fətəliyevaya uduzub. Ləman Hacıyevanın Ayan Abdullayeva, Xanım Balacayevanın isə Xəyalə Abdulla ilə qarşılaşmaları heç-heçə yekunlaşıb.
Üç turdan sonra maksimum xala malik Gövhər Beydullayeva lider mövqeyindədir. Liderdən yarım xal geri qalan Ülviyyə Fətəliyeva ikinci yerdədir. Xanım Balacayeva 2 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, dairəvi sistem üzrə yeddi turdan ibarət yarışa mayın 23-də yekun vurulacaq. Çempionatın mükafat fondu 11 min 400 manat təşkil edir. Qalib 4 min manat qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]