Şahmat üzrə dünya çempionu adı uğrunda ikinci partiya da heç-heçə nəticələnib
Bakı, 10 noyabr, AZƏRTAC
Londonda şahmat üzrə dünya çempionu adı uğrunda mübarizə davam edir.
AZƏRTAC xəbər verir ki, ikinci partiyada ağ fiqurlarla oynayan norveçli Maqnus Karlsen amerikalı Fabiano Karuana ilə heç-heçə edib. Şahmatçılar birinci partiyada da xalı yarı bölmüşdülər. Beləliklə, ilk iki oyunun nəticəsinə görə hesab bərabərdir - 1:1. Üçüncü partiya bazar ertəsi günü oynanılacaq.
Noyabrın 9-dan 28-dək davam etməsi nəzərdə tutulan yarış vaxta klassik üsulla nəzarət edilən 12 partiyadan ibarət olacaq. Hər iki partiyadan sonra bir istirahət günü planlaşdırılır. On iki partiyadan sonra hesab heç-heçə olarsa, tay-brek təyin ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]